"Ukraynanın qarşısında seçim var - ya Rusiya ilə birlikdə olmaq, ya da dünya xəritəsindən tamamilə yox olmaq"
Turkustan.az xəbər verir ki, dünya xəritəsindən itməmək üçün Ukrayna başqalıq qürurunu sakitləşdirməli və “siyasi ukraynalılığın şeytanlarını qovmalıdır”. Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “ Beynəlxalq həyat ” jurnalında dərc olunan məqaləsində bildirib .
“Bu gün Ukrayna seçim qarşısındadır – ya Rusiya ilə birlikdə olmaq, ya da dünya xəritəsindən tamamilə yox olmaq. Eyni zamanda ukraynalılardan öz azadlıqları üçün nə ruhlarını, nə də bədənlərini qurban vermələri tələb olunmur. Sadəcə ümumrusiya layihəsinə qarşı çıxmayıb, siyasi ukraynaçılıq cinlərini qovsunlar"-deyə, Medvedev yazıb.
Aytən Yaşar/ Turkustan.az