Bloomberg: Bəşər Əsəd Suriyadan bu yolla qaçıb


Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən yazır .

Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, onu izləmək mümkün olmasın.

Bloomberg-in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona dərhal razılaşarsa, təhlükəsiz şəkildə getməyi təklif ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ