Rusiya Suriyadakı bütün siyasi qüvvələrlə əlaqə saxlayır - Zaxarova


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, müvafiq bəyanat bundan əvvəl də dərc edilib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O bildirib ki, Rusiya tərəfi hazırda Suriyada olan bütün siyasi qüvvələrlə əlaqə saxlayır.

“Bildiyiniz kimi, bu yaxınlarda dərc olunmuş bəyanatda deyilir ki, biz hazırda Suriyada olan bütün siyasi qüvvələrlə əlaqə saxlayırıq”. Zaxarova ölkənin yeni hakimiyyət orqanları ilə əlaqələrin qurulub-qurulmadığı sualına belə cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ