Rusiyaya kütləvi hücum: Neft bazası vuruldu


Dekabrın 11-də gecə Bryansk vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb.

Turkustan.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.

Onun sözlərinə görə, PUA-lardan biri istehsal obyektinə düşüb və yanğın baş verib:

“Fövqəladə Hallar Nazirliyinin bölmələri yanğını söndürüb. Ümumilikdə hava hücumundan müdafiə sistemləri gecə ərzində 10 PUA zərərsizləşdiriblər”, - Boqomaz bildirib.

“Şot” Teleqram kanalının məlumatına görə, gecə saatlarında vilayətin Fokinsk rayonunda 6-10 arası partlayış eşidilib. Yerli sakinlər “ət kombinatı rayonu” adlandırılan ərazidəki neftayırma zavodunda yanğın baş verdiyini bildiriblər.

Ukraynanın “Dnepr” OSİNT kanalı PUA-ların “Transneft” neft bazasını vurduğunu yazıb.

Bundan başqa, hücum nəticəsində Sven qəsəbəsi ərazisində “Drujba” neft kəmərinin doldurma məntəqəsində də yanğının baş verdiyi bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ