Zaxarova: ABŞ-ın Ukraynaya yeni yardımı Kiyevin əzabını uzatmaqdır


ABŞ Maliyyə Nazirliyi daha əvvəl Ukraynaya Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən geri qaytarılmaqla 20 milyard dollar kredit veriləcəyini açıqlamışdı.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, Vaşinqtonun Ukraynaya yeni yardım ayırması Vladimir Zelenski rejiminin əzabını uzatmaq istəyindən xəbər verir.

“Bu, Kiyev rejiminin, Zelenskinin özünün və Co Bayden rejiminin Ukraynadakı vəziyyət ətrafında yaratdığı bütün bu korrupsioner sövdələşmələrin əzabını uzatmaq üçün bir istəkdir”.

Bildirək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin qaytarılması ilə Ukraynaya 20 milyard dollar kredit veriləcəyini açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ