İranın ali dini lideri Əli Xamneyi qeyd edib ki, Suriyadakı çevrilişdə ona qonşu olan daha bir dövlətin də rolu var.
Turkustan.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib. O, bildirib ki, Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfinin dəstəyi ilə planlaşdırılıb, İranda buna dair sübut var.
“Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalıların və sionistlərin (israilliləri nəzərdə tutur) birgə planıdır. Bəli, Suriya ilə qonşu olan bir dövlət də öz rolunu oynayıb və hələ də oynayır".
Aytən Yaşar/ Turkustan.az