Trampın oğlundan bitkoinlə bağlı proqnoz


Donald Trampın oğlu Erik Tramp bitkoinlə bağlı maraqlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Erik Tramp, Abu-Dabidə keçirilən Bitcoin MENA konfransında çıxış edərək, kriptovalyutalara güclü dəstəyini bildirib və bitkoinin 1 milyon dollara çatacağına inandığını qeyd edib. O, atasının kripto sahəsini həddindən artıq tənzimləmələrdən və yüksək vergilərdən qoruyacağını, ABŞ-ı isə rəqəmsal inqilabın lideri edəcəyini vurğulayıb.

Erik Bayden administrasiyasının kriptovalyutalara qarşı sərt mövqeyini tənqid edib. O, atasının bitkoinin dəyərini artırmaqda mühüm rol oynadığını və bunun nəticəsində kripto bazarının 1 trilyon dollar dəyər qazandığını bildirib.

Oğul Tramp ailəsinin kriptovalyutaları dəstəkləməyə və ənənəvi maliyyə institutlarına qarşı mübarizə aparmağa davam edəcəyini söyləyib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ