Qarşıdan gələn bayram münasibətilə oxucuları təbrik edən “Microsoft” şirkətinin qurucusu, xeyriyyəçi və yazıçı Bill Qeyts bu və ya digər şəkildə dünyanı anlamağa kömək edən dörd kitab haqqında məlumat verib.
Turkustan.az “Azərbaycan müəllimi”nə isrinadən xəbər verir ki, onun siyahıda təqdim etdiyi kitablardan ikisi gələcəyə və süni intellekt və nəhəng texnoloji tərəqqinin bizim yaşamaq, öyrənmək və sevmək yollarımızı necə dəyişdirəcəyinə fokuslanıb.
Digəri cavab axtarmaq üçün keçmişə boylanır, keçmişdə liderlərin çətin anların öhdəsindən necə gəldiyi ilə bağlı təsəlliverici və valehedici dərs verir. Siyahının növbəti kitabı isə bugünkü dövrə aiddir. Bu kitab bizi əhatə edən cəmiyyətin heyrətamiz, görünməyən əsaslarını, sütunlarını qiymətləndirməyə kömək edir.
Sizə Bill Qeytsin tövsiyə etdiyi kitabların siyahısını təqdim edirik:
1. “Tamamlanmamış bir eşq hekayəsi” (“An Unfinished Love Story”) – Doris Kerns Qudvin
Bill Qeyts amerikalı yazıçı Dorisin böyük pərəstişkarı olduğunu, lakin onun yeni avtobioqrafiyasını oxumazdan əvvəl şəxsi həyatı haqqında çox şey bilmədiyini söyləyir. Kitabda ABŞ-nin son tarixi dövlərinin ən təlatümlü zamanlarının birində – Kennedi və Conson dövrlərində siyasi ekspert və spiker kimi xidmət edən mərhum həyat yoldaşı ilə həyatından bəhs edir. O bildirir ki, Doris o qədər istedadlı yazıçıdır ki, kitabın sevgi hekayəsindən bəhs edən bölmələri Kennedinin qətli və Vyetnam müharibəsi bölmələri qədər cəlbedici və maarifləndiricidir.
2. “Narahat nəsil” (“The Anxious Generation”) – Conatan Haydt
Bill Qeyts bu kitabın hazırda gəncləri böyüdən, onlarla işləyən və ya onları öyrədən hər kəs tərəfindən oxunmalı olduğunu qeyd edir. O, kitabın valideyn nəzarəti olmadan küçələrdə qaçdığı, bəzən çətinliyə düşdüyü gənclik illərinin bugünkü kimliyinin formalaşmasına necə kömək etdiyini düşünməyə vadar etdiyi söyləyir. C.Haydt oyunlara əsaslanan uşaqlıqdan telefona əsaslanan uşaqlığa keçidin uşaqların duyğularına necə təsir etdiyini və inkişaf etdirdiyini ətraflı izah edir. Müəllif ortaya sadəcə problem qoymur, həmçinin real həll yolları da təklif edir.
3. “Aydın görünən mühəndislik” (“Engineering in Plain Sight”) – Qreydi Hilhaus
Bill Qeyts yazır ki, əgər həyatınız boyunca heç olmazsa bircə dəfə qeyri-adi bir boruya baxıb onun nə olduğunu düşünmüsünüzsə, onda bu kitab mükəmməl seçimdir. Müəllif kabel qutularından transformatorlara və telefon qüllələrinə qədər hər gün gördüyümüz bütün sirli strukturların nə olduğunu, necə işlədiyini izah edir və heç bilmədiyiniz suallara cavab verir.
4. “Yaxınlaşan dalğa” (“The Coming Wave”) – Mustafa Süleyman
Kitabın müəllifinin elmi tarixə dərindən bələd olduğunu vurğulayan Bill Qeyts Mustafa Süleymanın süni intellektin genom redaktəsi kimi elmi nailiyyətlərlə birlikdə cəmiyyətin hər bir aspektini yenidən formalaşdırmağa hazır olduğu ilə bağlı indiyə qədər gördüyü ən yaxşı izahı verdiyini söyləyir. Kitabda hazırlaşmalı olduğumuz risklər və öhdəsindən gəlməli olduğumuz çətinliklərdən danışılır ki, təhlükələr olmadan bu texnologiyanın faydalarından yararlana bilək.
Bonus kitab: “Federer” – Doris Henkel
Bill Qeyts bildirir ki, bu kitab hər kəs üçün deyil. Kitab olduqca bahalı, çəkisi isə kiçik bir itin çəkisinə bərabərdir. Lakin əgər siz və ya sevdiyiniz biri məşhur tennisçi Roger Federerin pərəstişkarıdırsa, onun həyat və fəaliyyətinə həsr olunan kitab sizin üçün maraqlı olacaq. /Modern.az/