Prezident qeyd edib ki, məhdudiyyətlər sayəsində Rusiya Federasiyası Rusiya proqram təminatının hazırlanmasını və tətbiqini sürətləndirib.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkənin rəqəmsallaşmada irəliyə sıçrayış edə biləcəyinə əmindir. Onun fikrincə, buna Qərbin Rusiya Federasiyasını cilovlamaq məqsədi daşıyan sanksiyaları kömək edir.
“Hətta opponentlərimizin Rusiyanı cilovlamaq vasitəsi kimi düşündüyü bədnam sanksiyalar, o cümlədən Rusiya proqram təminatının sürətləndirilmiş inkişafı və tətbiqi üçün təkan oldu”-deyə, Putin bildirib.
Aytən Yaşar/ Turkustan.az