Bəşər Əsədə Rusiya vətəndaşlığı veriləcək? - DEPUTATDAN TƏKLİF


Rusiya Dövlət Dumasının deputatı və Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev Suriyanın keçmiş prezidenti Bəşər Əsədə Rusiya vətəndaşlığının verilməsini təklif edib.

Turkustan.az xarici KİV-ə istinadən bildirir ki, parlamentari bəyanatında qeyd edib ki, hər il 700 minə yaxın insan Rusiya pasportu alır və onların əksəriyyətinin, onun fikrincə, heç bir xüsusi xidməti yoxdur.

Juravlev vurğulayıb ki, Əsədin Rusiya-Suriya münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəni nəzərə alsaq, ona vətəndaşlıq verilməsi tamamilə mümkündür. O, həmçinin xatırladıb ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç əvvəllər Rusiya vətəndaşlığı alıb və onun fikrincə, Əsədlə bağlı təklifi məntiqli addım hesab edir. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ