Ukrayna ordusundan etiraf: “Artıq barışmışıq, buranı da itirsək...”


Donetsk vilayətinin Pokrovsk şəhəri itirilsə, Dnepropetrovskdə cəbhə dağılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Aydar” taqımının komandiri Stanislav Bunyatov bildirib.

“Artıq hamı rusların Pokrovska girəcəyi ilə barışıb, amma bunun Dnepr bölgəsinin müdafiə qabiliyyəti üçün hansı nəticələrə gətirib çıxaracağını çox az anlayırlar”, - komandir belə qeyd edib.

Bunyatov vurğulayıb ki, Dnepropetrovsk vilayəti Donetsk kimi kəndlərdən ibarət deyil, ona görə də Rusiya ordusunun orada irəliləməsi daha sürətli olacaq.

Zabit həmçinin söyləyib ki, ruslar Dnepropetrovska daxil olan kimi, Rusiyaya ilhaq edəcəklər./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ