"Suriyada keçid dövrü üç ay davam edəcək" - Məhəmməd əl-Bəşir


Əl-Cəzirə telekanalı qeyd edib ki, o, təhlükəsizlik və əhaliyə xidmətlər sahəsində nəzarəti icra hakimiyyətinin prioritetləri adlandırıb.

Turkustan.az xəbər verir ki, Məhəmməd əl-Bəşirin formalaşdırılması həvalə edilmiş Suriyanın keçid hökumətinin müddəti üç ay olacaq. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına ötən həftənin sonunda Dəməşq və ölkənin bir çox digər şəhərlərinə nəzarəti bərqərar edən Suriya müxalifətinin siyasi administrasiyasındakı mənbə bildirib.

"Əl-Bəşir hökuməti üç ay davam edəcək keçid dövrü çərçivəsində işləyəcək", - kanalın həmsöhbəti bildirib. O, icra hakimiyyətinin prioritetlərini təhlükəsizlik sektoruna nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi adlandırıb.

Əl-Cəzirə telekanalının mənbəsi əmin edib ki, keçid hökuməti daimi hökumətin işi üçün ilkin şərtlər yaradacaq. "Hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr davam edir"-deyə, o, qeyd edib və əlavə edib ki, xilasetmə hökumətinin nazirləri keçid hökumətində işlərini davam etdirəcəklər.

Qeyd edək ki, əvvəllər Məhəmməd əl-Bəşir mərkəzi İdlibdə yerləşən Suriya Qurtuluş Hökumətinə rəhbərlik edirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Dekabr 2024
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031