Rusiya Silahlı Qüvvələri Jeltoyeni işğal etdi


Rusiya ordusunun bölmələri qəsəbəni nəzarətə götürüb.

Turkustan.az xəbər verir ki, Rusiya qoşunları qondarma Donetsk Xalq Respublikasının (DXR) Jeltoye kəndini işğal etdi. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Jeltoye kəndini azad edib” - deyə, idarədən bildirilib.

Rusiya Müdafiə Nazirliyi aydınlaşdırıb ki, qrupun bölmələri həmçinin Dzerjinsk, Şerbinovka, Dimitrov, Petrovka və Puşkino yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 3 mexanikləşdirilmiş, motoatıcı, hücum briqadası və hücum batalyonunun canlı qüvvəsi və texnikasını məhv edib. Qondarma Donetsk Xalq Respublikası və Ukrayna Silahlı Qüvvələrinin silahlı birləşmələrinin səkkiz əks-hücumunu dəf edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu 575-dən çox hərbi qulluqçusunu, bir Bradley piyada döyüş maşını və ABŞ istehsalı M113 zirehli transportyoru, 2 texnika, 152 millimetrlik D-20 silahı və üç ədəd 122 millimetrlik D-30 haubitsasını itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Dekabr 2024
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031