Tbilisidəki Orbeliani meydanında “Yeni il qatarı”nın quraşdırılması Gürcüstan prezidenti Salome Zurabişvilini özündən çıxarıb.
Turkustan.az xəbər verir ki, hakim “Gürcü arzusu” partiyası üzvlərinin “Yeni il qatarı”nın Salome Zurabişvilini gözlədiyini söyləməsi prezidenti hiddətlənib.
Zurabişvili sosial şəbəkədə yazıb: “Orbeliani sarayının qarşısında mənim üçün qatar qoyublar... yaxşı, baxarıq kim gedəcək!”.
Qeyd edək ki, “Gürcü arzusu” partiyası dekabrın 14-də Gürcüstan parlamentində növbəti prezidentin seçiləcəyini bəyan edib. Partiya bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. /modern.az/