Ərdoğan NATO lideri Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib


Prezident Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonda danışıb.

Turkustan.az xəbər verir ki, görüşdə Suriyadakı hadisələr müzakirə edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Suriyadakı vəziyyəti müzakirə edib və Ankaranın ölkənin terrordan azad edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.

“Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı keçirib, Suriyada baş verən son hadisələr müzakirə olunub, Türkiyə bu ölkədə vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasının tərəfdarı olub"-deyə, Türkiyə liderinin administrasiyasının bəyanatında deyilib.

Ərdoğanın sözlərinə görə, Suriya Suriya xalqı tərəfindən idarə olunmalıdır. O, Türkiyənin terrordan azad edilmiş vahid Suriya qurmaq üçün əlindən gələni edəcəyini və Türkiyənin bu istiqamətdə hər cür səy göstərməyə davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ