Dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edilməsinə görə prezident Yoon Suk Yeola qarşı aparılan istintaq çərçivəsində ölkəyə səfər qadağası qoyulmasının ardından, aralarında Yun da daxil olmaqla 8 nəfərin dərhal həbs edilməsini tələb edən qanun layihəsi qəbul edilib.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yoon Suk Yeolun dərhal həbsini ehtiva edən qətnamə qəbul edib.
“Yonhap” xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə səsə qoyulub.
Səsvermə nəticəsində Yoon, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin “dərhal həbs edilməsi tələbi”ni ehtiva edən qətnamə layihəsi 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 deputatdan 3-ü bitərəf qalıb.
Qeyd edək ki, parlamentin 2/3 səs çoxluğu ala bilmədiyi üçün Yoonun işdən çıxarılması ilə bağlı vəsatət qəbul olunmadığından müxalifət bu dəfə həbslə bağlı qanun layihəsini gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az