“Paşinyan Əsədin taleyi ilə üzləşə bilər” - Açıqlama


“Ermənistan Baş naziri Müstəqillik Bəyannaməsini dəyişməsə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməsə, Suriyadakı vəziyyətlə üzləşə bilər” .

Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Paşinyanın Parisdə Makron və Trampla şəkil çəkdirib, mesaj verməsi heç də onun arxayın olmasına gətirib çıxarmayacaq:

"Paşinyanı nə Tramp, nə də Makron xilas edəcək. O, İran XİN-in Bəşər Əsədə niyə kömək etməmək barədə bəyanatıni oxusa, ibrət götürər. Əsəd də Putin və Xamenei ilə şəkil çəkdirib, "əzələ nümayiş" etdirirdi".

Bakupost.az

Politoloqun sözlərinə görə, Əsədi nə müttəfiqi Rusiya, nə də İran xilas etmədi:

"Halbuki, hər iki ölkənin hərbi qüvvələri Suriyada idi. Fransa da Ermənistanı xilas edə bilməz. Ermənistan Baş naziri geosiyasi reallıqları düzgün qiymətləndirməsə, silahlanmaya davam etsə, bu ölkənin dövlətçiliyi sual altında qalacaq. Rusiya artıq regional dövlət statusunu itirir. İran zəiflədi. ABŞ-da Trampın prezidentliyinə az bir müddət qalır. Ermənistan regional gücdən beynəlxalq gücə çevrilən, Yaxın Şərq və Cənubi Qafqazda siyasi nizamı şəkilləndirən Türkiyənin şərtlərini qəbul etməyəcəksə, bataqlığa girəcək. Növbəti mərhələdə Azərbaycan Zəngəzura daxil olacaq”.


MANŞET XƏBƏRLƏRİ