Seçilmiş Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar bu ölkələrə subsidiya verir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bazar günü deyib ki, Kanada və Meksika yeni Amerika ştatları ola bilər.
"Biz Kanadaya ildə 100 milyard dollardan çox, Meksikaya isə demək olar ki, 300 milyard dollar subsidiya veririk. Niyə biz bu ölkələrə subsidiya veririk? Əgər bunu etmək niyyətimiz varsa, qoy onlar yeni ştatlar olsun"-deyə, Tramp müsahibəsində bildirib.
Bildirək ki,Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə, 2025-ci il yanvarın 20-də qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini vəd etdi. Bundan əlavə, o, Çindən narkotik qaçaqmalçılığının ABŞ-a geniş miqyasda gəlməsi ilə əlaqədar Çindən gələn bütün mallara 10% əlavə rüsum tətbiq edəcəyini bildirib.
Bundan əlavə, yeni seçilmiş Amerika lideri BRİKS ölkələrindən yeni valyuta yaradarsa və ya dollardan imtina edərsə, onlara 100% ticarət rüsumunu tətbiq etməyə hazır olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az