Suriyanın devrilmiş lideri Bəşər Əsəd ölkədən qaçarkən, özü ilə 135 milyard dollar aparıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzetinə Suriya kəşfiyyatının əməkdaşı Xalid Beye deyib.
“Devrilmədən öncə böyük bir hesablaşma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi tərəf arasında gərgin çəkişmə yaşandı. İlk qarşıdurma Hələbin komandanı general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında oldu. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin ələ keçdiyi gün başlayan məğlubiyyət müxalifəti Dəməşqə qədər gətirdi”, - kəşfiyyatçı vurğulayıb.
Beye bildirib ki, proses zamanı hərbi komandanlığın 273 yüksək rütbəli əməkdaşı Əsəd rejimi tərəfindən edam edilib./teleqraf.com