Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə mümkün sülh danışıqları ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Peskov hələlik sülh üçün lazımi zəmin formalaşmadığını və sülh danışıqlarının yalnız Rusiyanın kriteriyaları yerinə yetirildiyi zaman başlaya biləcəyini bildirib. O, bəyan edib ki, Rusiyanın ələ keçirdiyi 4 rayonun ilhaqı qəbul edilməlidir.
Kremlin sözçüsü Ukrayna ilə mümkün sülh razılaşması ilə bağlı açıqlamalar verib. O, sülh üçün optimist danışmasa da, danışıqlar üçün kifayət qədər zəmin olmadığını bəyan edib.Sülh danışıqları yalnız Rusiya tərəfindən ələ keçirilən 4 rayonun ilhaqının tanınması və Ukraynanın NATO üzvlüyünün dayandırılması ilə mümkün olacaq.
Bildirək ki, Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini ələ keçirib və bu bölgələrdə irəliləyişini davam etdirir. Ukraynanın şərqində ələ keçirdiyi ərazini 2023-cü ilə nisbətən 6 dəfə artıran Rusiya Ordusu Ukraynanın şərq cəbhəsinə ciddi ziyan vurub.
Aytən Yaşar/ Turkustan.az