İsrail Latakiya və Dəməşqə hücum etdi


Suriyada keçid dövründən istifadə edən İsrail əvvəlcə Suriya sərhədindəki Hermon dağını işğal edib, daha sonra Dera və Quneytraya böyük hava zərbələri endirib.

Turkustan.az xəbər verir ki, İsrail sonuncu dəfə dekabrın 9-da axşam Latakiyada Suriya Hərbi Dəniz Qüvvələrinə hava hücumu həyata keçirib. İsrail paytaxt Dəməşqdəki bəzi silah anbarlarını da vurub.

Suriyada Bəşər Əsəd Administrasiyasının devrilməsi ilə baş verən keçid prosesi bəzi bölgələrdə təhlükəsizliyin itirilməsinə səbəb olub. İsrail 1974-cü ildə Baas rejiminin devrilməsi səbəbiylə imzalanan Münaqişəsiz Müqaviləyə məhəl qoymadan bütün Qolan təpələrini və Hermon dağını işğal etdi.

Dekabrın 9-u axşam saatlarında İsrail Latakiya limanında lövbər salmış Suriya Hərbi Dəniz Qüvvələrini məhv etmək üçün böyük hava zərbəsi endirib. İsrail Hərbi Hava Qüvvələri Latakiyadan sonra Dəməşqin Adra şəhərindəki silah anbarlarını da hədəfə alıb. Pentaqonun verdiyi açıqlamada Suriyadakı kimyəvi silahların yanlış əllərə keçməsinin qarşısı alınmalı olduğu bildirilib. Bu açıqlama ilə İsrailin kimyəvi maddələr olan fabrik və anbarları vurma ehtimalı artıb.

Bildirək ki, İsrail Hərbi Hava Qüvvələri də dünən gecədən etibarən Suriyanın cənubundakı Dəra və Kuneytra bölgələrinə 20-dən çox hava zərbəsi endirib. Ötürülən məlumata görə, İsrail Ordusu tanklarla Quneytraya 4-5 kilometr daxil olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ