Ərdoğandan Suriya ilə bağlı ŞOK açıqlama: “Çaqqal nə qədər...”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya ilə bağlı açıqlamasında ölkəsinin Suriyada sülhün bərqərar olması üçün göstərdiyi səyləri və gələcəyə dair hədəflərini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan, Suriyanın bütün xalqları və inancları ilə birlikdə əmin-amanlıq və birlik içində yaşamasının Türkiyənin əsas arzusu və hədəfi olduğunu qeyd edib.

Ərdoğan çıxışında bu fikirləri səsləndirib: “Ərəb, türkmən, kürd, sünni, alevi, nusayri və xristian fərqi olmadan Suriyalıların tamamının sülh içində yaşadığı bir Suriya, Türkiyənin ən böyük arzusu, xəyalı və hədəfidir. Suriya, bütün etnik, dini və məzhəb kimlikləri ilə Suriyalılara məxsusdur.”

Ərdoğan vurğulayıb ki, Türkiyənin başqa bir ölkənin ərazisinə və suverenliyinə heç bir iddiası yoxdur. “Bizim sərhədimizdən kənardakı hərbi əməliyyatlarımızın yeganə məqsədi vətənimizi və vətəndaşlarımızı terror hücumlarından qorumaqdır,” – deyə o əlavə edib.

Prezident Ərdoğan çıxışında PKK və onun Suriyadakı qollarının, eləcə də DEAŞ terror təşkilatının Türkiyənin əsas düşmənləri olduğunu vurğulayıb. “Bu təşkilatlar Türkiyənin dialoq tərəfi deyil, düşmənidir. Suriya artıq qaranlıq dövrü geridə qoyub və yeni, aydınlıq bir dövrə qədəm qoyur,” – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə, Suriyanın qonşusu və qardaşı olaraq, ölkənin yenidən qurulması və sabitliyə qovuşması üçün hər cür dəstəyi göstərəcək. “İstikrarlı bir Suriya, həm öz vətəndaşları, həm də bölgədəki digər ölkələr üçün təhlükəsizlik mənbəyi olacaq,” – deyə o əlavə edib.

Türkiyə Prezidenti, PKK-nın Suriyadakı uzantısının qarışıqlıqdan istifadə edərək üstünlük əldə etmək səylərini yaxından izlədiklərini bildirdi. O, bu cür planlar quranlara xəbərdarlıq edərək belə deyib: “Çaqqal nə qədər hiylə bilirsə, qurd da o qədər yol bilir. Türkiyə, sərhədlərinin kənarında yeni terror hədəflərinin ortaya çıxmasına əsla göz yummayacaq.” /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ