Biz Suriyadakı bütün qruplarla işləyəcəyik.
Turkustan.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib ki, ötən gün Prezident Co Baydenin də dediyi kimi, Suriyadakı müxtəlif qruplar, o cümlədən terrorçu kimi tanınan qruplar əslində bütün doğru sözləri deyiblər:
“İndi sual ondan ibarətdir ki, onlar daha yaxşı bir Suriya yaratmaq üçün nə edəcəklər”.
O, Bəşər Əsədin getməsini yaxşı hadisə adlandırıb və rejimin devrilməsinin irəlidə nələrin olacağı ilə bağlı risk və qeyri-müəyyənlik yaratdığını əlavə edib:
“Suriyada daha yaxşı rejimin qurulması ilə bağlı imkanlar var, lakin ABŞ-da terrorçular, cihadçılar və digər insanların bundan istifadə edə biləcəyinə dair narahatlıq mövcuddur. Biz Suriyada sabit, inklüziv və demokratik gələcək istəyən hər kəslə işləməyə hazırıq”. /axar.az/