"Suriyadakı rusların təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparırıq" - Narışkin


Xarici Kəşfiyyat Xidmətinin direktoru respublikada Rusiya vətəndaşlarının təhlükəsizliyini əsas vəzifə adlandırıb.

Turkustan.az xəbər verir ki, Rusiya Suriyadakı rusların, səfirlik işçilərinin və digər missiyaların təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparır; Bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məlumat verib.

“Əlbəttə, biz ilk növbədə vətəndaşlarımızın, səfirlik əməkdaşlarının və ölkəmizin digər missiyalarının təhlükəsizliyi ilə bağlı danışıqlar aparırıq"-deyə, o, suriyadakı vəziyyət ilə bağlı sualı cavablandırdı.

Bildirək ki, Kremldəki mənbə Bəşər Əsədin və onun ailə üzvlərinin Moskvaya gəldiyini bildirib. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ