Reuters: Hizbullah bütün qüvvələrini Suriyadan çıxarıb


Livandakı iki təhlükəsizlik mənbəsi Reuters agentliyinə bildirib ki, Hizbullah bütün qüvvələrini Suriyadan çıxarıb.

Turkustan.az xəbər verir ki, Suriyada müxalifətin bu gün səhər saatlarında paytaxt Dəməşqə girməsi ilə 53 illik Əsəd rejiminə son qoyulub. Bəşər Əsədin harada olduğu hələ məlum olmasa da, Rusiya Xarici İşlər Nazirliyi Əsədin ölkəni tərk etdiyini bildirib.

Müxalifətin Dəməşqə daxil olmasından sonra Livan Hizbullahının Suriyadan çəkildiyi bildirilib. Reuters-ə danışan iki Livan təhlükəsizlik mənbəsi Hizbullahın bütün qüvvələrini Suriyadan çıxardığını bildirib.

Mənbələrdən biri bildirib ki, “Hizbullah”ın Suriyada bütün cümə axşamı və cümə gecələri yerləşdirilən müşahidə qüvvələri geri çəkilməyə nəzarət etmək üçün göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ