"Əsəddən xəbərimiz yoxdur, bizimlə əlaqə saxlamayıb" - Suriyanın Moskva səfirliyi


Diplomatik nümayəndəlikdən bildiriblər ki, keçmiş prezidentlə heç bir əlaqə saxlanılmayıb.

Turkustan.az xəbər verir ki, Bəşər Əsəd Suriyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamayıb və keçmiş prezidentlə indi də əlaqə saxlanılmır. Bu barədə TASS-a diplomatik nümayəndəlikdən məlumat verilib.

Agentliyin həmsöhbəti Əsədlə son bir neçə gündə təmasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Əsədlə heç bir əlaqə olmayıb, onunla indi də əlaqəmiz yoxdur”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ