ABŞ-ın seçilmiş prezidenti qeyd edib ki, Zelenski sülhə nail olmaq istəyir.
Turkustan.az xəbər verir ki, Vladimir Zelenski etiraf etməyə başladı ki, Ukraynanın Rusiya ilə danışıqlara başlamasının vaxtı çatıb. Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Zelenski ilə görüşündən sonra deyib.
"O, barışmaq istəyir. O, sülhə nail olmaq istəyir".
Trampın sözlərinə görə, o, Zelenski ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyib. “O hesab edir ki, atəşkəşin vaxtıdır. Sülh olana qədər heç nə bitməyəcək”, - deyə, Tramp əlavə edib.
Siyasətçi həmçinin deyib ki, o, “gülünc müharibəni” bitirmək üçün konsepsiya hazırlayır.
Aytən Yaşar/ Turkustan.az