Suriyada Bəşər Əsəd rejiminə bağlı qüvvələrin müxaliflərə qarşı mübarizə apara bilməməsinin müxtəlif səbəbləri var.
Turkustan.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O bildirib ki, Suriya təhlükəsizlik orqanları İdlibdəki aktivlikdən xəbərdar olub.
Nazir qeyd edib ki, Suriya ordusu psixoloji olaraq çökmüşdü, motivasiya problemi yaşayırdı. O bu vəziyyətin informasiya müharibəsindən qaynaqlandığını qeyd edib.
Bundan başqa, Araqçı İranın Suriyadakı hərbi mövcudluğunun məhdud olduğunu, bu səbəbdən Əsəd rejiminə kömək edə bilmədiyini vurğulayıb./Globalinfo.az