"Suriyanı qaranlıq gələcək gözləyir" - İrandan Suriya ilə bağlı proqnoz


“Vatan-e Emrooz” qəzetinə görə, “Suriya, ən yaxşı halda, Liviya ilə eyni aqibəti yaşayacaq”.

Turkustan.az xəbər verir ki, Türkiyəyönlü qruplarla Suriya kürdləri arasında münaqişə, Türkiyə və İsrailin Suriya işlərinə müdaxiləsi və terror təhlükəsinin artması Dəməşqin silahlı müxalifət tərəfindən ələ keçirilməsindən sonra Ərəb Respublikasında ciddi sabitliyin pozulmasına səbəb ola bilər. Bu fikir İranın “Vatan-e Emrooz” qəzetinin materialında deyilir .

Nəşrin yazdığına görə, “Suriya, ən yaxşı halda, Liviya ilə eyni aqibəti yaşayacaq”. Lakin “Suriyada müxtəlif və bəzən bir-birinə zidd fikirlərə malik müxtəlif beynəlxalq oyunçuların və hərbi qrupların olması, bir çox etnik və dini qrupların əlində böyük silah ehtiyatlarının olması Suriyanı daha qaranlıq bir vəziyyətlə qarşı-qarşıya qoyacağına gətirib çıxaracaq".

Prezident Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriya ilə sərhəddəki bufer zonanı işğal etməsi və Suriya ordusunun bu ərazilərdən çıxarılması onu deməyə əsas verir ki, “İsrail sadəcə olaraq vəziyyəti müşahidə etməyəcək və öz təhlükəsizliyini təmin etməyə çalışacaq”- qəzet qeyd edir.

Bildirək ki, dekabrın 8-də İsrail ordusu öz qüvvələrini Suriya ilə sərhəddəki bufer zonaya yerləşdirdiyini rəsmən elan edib. Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahunun izah etdiyi kimi, bu hərəkətlər Ərəb Respublikasında baş verən son hadisələrlə əlaqədar həyata keçirilib və müdafiə xarakteri daşıyır. Dekabrın 9-da İsrail hakimiyyəti Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfində işğal etdikləri bufer zonasından kənarda əlavə təhlükəsizlik zonası yaratdıqlarını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ