Dəməşqdə daha bir yeraltı zindan aşkar edilib.
Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Paylaşılan videoya görə Dəməşqdə məşhur Sidnaya həbsxanasının altında daha dörd mərtəbə də aşkar edilib. Məlumata görə, zindanın bu bölmələrinə normal giriş-çıxışın olmaması səbəbindən müxaliflər divarları dağıtmağa məcbur olublar.
Qeyd olunub ki, bu gizli həbsxanada saxlanılan məhbusların hamısı illərlə itkin düşmüş hesab olunurdu və onlardan heç bir xəbər yox idi. İllər sonra zindandan çıxarılan məhbuslardan biri isə hələ də Bəşar Əsəd hökumətinin devrildiyinə inana bilməyib. (Musavat.com)