İran üsyançılara qarşı mübarizədə Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləməyib. Çox böyük ehtimalla İsrailin cavabından ehtiyat edib.
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.
“İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb və bildiriblər ki, onlar İsrailə görə hərbçi göndərə bilmirlər”, - deyə mənbə bildirib.
Suriya rəsmilərinin sözlərinə görə, İran yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və onunla əlaqəli silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib./Bizim.Media