Bayden: Nəhayət, Əsəd rejimi süqut etdi


Suriyada 53 illik Əsəd rejimi bitdikdən və müxaliflərin Suriyanın paytaxtı Dəməşqə nəzarəti ələ keçirməsindən sonra gözlənilən açıqlama ABŞ prezidenti Co Baydendən gəlib.

Turkustan.az xəbər verir ki, Bayden bunları söyləyib:

"Nəhayət, Əsəd rejimi yıxıldı. Bu rejim yüz minlərlə günahsız suriyalıya zülm etdi, işgəncə verdi və öldürdü" deyən Bayden, "ABŞ Suriyadakı tərəfdaşları ilə işləməyə davam edəcək".
Müxalifət qüvvələrinin Əsədi devirdiyini və Əsədin Moskvada olduğu düşünüldüyünü bildirən Bayden, "Bu rejim yüz minlərlə günahsız suriyalını vəhşiliyə məruz qoydu, işgəncə verdi və öldürdü" dedi. dedi.

Bayden, "Suriya rejiminin süqutu Suriya xalqı üçün tarixi bir fürsətdir. Bu, uzun illər əziyyət çəkən Suriya xalqına daha yaxşı bir gələcək qurmaq fürsəti təqdim edir"- qiymətləndirməsini etdi.

Böyük risk və qeyri-müəyyənliyin də olduğuna diqqət çəkən Bayden, ABŞ-ın tərəfdaşları ilə birlikdə hərəkət edərək suriyalıların fürsətdən istifadə edib riski aradan qaldırmasına töhfə verəcəyini bildirib.

“Uzun illərdir Əsədin əsas dəstəkçiləri İran, Hizbullah və Rusiya olub, lakin son həftədə dəstək dağılıb, çünki hər üçü mənim vəzifəyə keçdiyim vaxtdan daha zəif vəziyyətdədir”, - Bayden deyib.

ABŞ və İsrailin hücumları və Rusiyanın Ukraynadakı sərt mövqeyi səbəbiylə İranın zəiflədiyini iddia edən Bayden, bu ölkələrin “dəhşətli Əsəd rejimini” dəstəkləmək üçün güclərinin olmadığını bildirib.

Bayden administrasiyasının son 4 ildə Suriyaya qarşı prinsipial mövqe tutduğunu və Əsədə qarşı hərtərəfli sanksiya proqramı həyata keçirdiyini bildirib.

ABŞ-ın "İŞİD-ə qarşı mübarizə və regional tərəfdaşlarını qorumaq üçün" Suriyada da hərbi varlığına işarə edən Bayden, İsrailin Suriyadakı İran şəbəkəsinə qarşı hərbi güc tətbiq etməsinə icazə verdiklərini də bildirib.

"Biz indi həm Suriya xalqı, həm də bütün region üçün yeni imkanların yarandığını görürük"-deyə, Bayden əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ