Ukrayna müharibədəki bütün itkilərini AÇIQLADI - DƏHŞƏTLİ RƏQƏMLƏR


Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 43 min əsgər itirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

“Tammiqyaslı müharibə başlayandan bəri Ukrayna döyüş meydanında 43 min əsgərini itirib. 370 min yaralıya yardım göstərilib və onların təqribən 50 faizi xidmətə qayıdıb", - deyə dövlət başçısı ifadə edib.

Onun hesablamalarına görə, Rusiya itkiləri 750 mindən çoxdur - 198 min ölü və 550 mindən çox yaralı.

Ukrayna prezidenti əlavə edib ki, müharibə başlayandan bəri Kiyev Rusiyadan 3767 hərbi qulluqçu və 168 mülki şəxsi geri qaytara bilib. Onun sözlərinə görə, hakimiyyət hərbi əsirlərin qaytarılması ilə bağlı işləri davam etdirir. bakupost.az/


MANŞET XƏBƏRLƏRİ