ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Əsəd rejiminin 2011-ci ildən siyasi prosesləri rədd etməsi, İran və Rusiyanın dəstəyinə arxalanması bu gün onun məhvinə gətirib çıxarıb.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.
Suriya xalqının 14 illik qarşıdurmadan sonra ümid etmək üçün əsaslarının olduğunu bildirən Blinken, ABŞ-ın suriyalıların həyata keçirdiyi əhatəli və dinc keçid prosesini dəstəklədiyini bildirib.
"Əsəd rejiminin 2011-ci ildən bəri etibarlı siyasi prosesi rədd etməsi və Rusiya və İranın qeyri-insani dəstəyinə arxalanması onun məhvinə gətirib çıxarıb"- deyə, Blinken bildirib.
Suriya xalqının keçid dövründə dövlət qurumlarının qorunub saxlanmasını, əsas xidmətlərin qurulmasını və kövrək cəmiyyətlərin qorunmasını tələb etmək hüququna malik olduğunu bildirən Blinken, ABŞ-ın bölgədəki tərəfdaşları ilə əlaqə saxlayaraq hadisələri yaxından izləyəcəyini qeyd edib. .
Blinken Əsəd rejimi və tərəfdarlarının törətdikləri cinayətlərə görə cavab verməsi üçün beynəlxalq səyləri dəstəkləyəcəklərini bəyan edib.
Müxalifət liderlərinin son günlər verdiyi açıqlamaları nəzərə aldıqlarını ifadə edən Blinken, "Biz daha çox məsuliyyət götürdükcə, bu insanların təkcə sözlərinə deyil, həm də hərəkətlərinə baxacağıq" - dedi.
ABŞ dövlət katibi Blinken bütün tərəfləri insan hüquqlarına hörmətlə yanaşmağa, mülki şəxslərin və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırdığını təkrarlayıb.
Aytən Yaşar/ Turkustan.az