Sentyabrda Ermənistan, İran və Hindistanın iştirakı ilə yeni ticarət marşrutunun işə salınması planlaşdırılan üçtərəfli görüş baş tutmayıb.
Turkustan.az xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi multimodal yüksəksürətli marşrutun yaradılması üzrə ilkin müzakirələri davam etdirsə də, onun işə salınmasının son vaxtı qeyri-müəyyən olaraq qalır. İranın Çabahar limanının idarə olunmasında Ermənistanın rolu da qeyri-müəyyəndir.
“Ermənistanın limanda iştirak formatı hələ də müzakirə olunur”, – deyə nazirliyin departamenti müvafi açıqlama ilə çıxış edib. /konkret.az/