Səsvermə əvvəllər kvorum olmadığına görə uğursuz olmuşdu.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın aparıcı müxalifət Demokratik Partiyası Toburo prezidentin impiçmentinə nail olmaq niyyətindədir və bu məsələni hər həftə parlamentdə səsverməyə çıxarmağa hazırdır. Bu barədə Yonhap agentliyi məlumat yayıb .
“Biz prezident Yoon Seok-yeol-un impiçmenti təklifini hər həftə təkrarlamaq niyyətindəyik”, - partiyadan bildiriblər. Onlar müvafiq sənədi təqdim etməklə dekabrın 11-də növbəti prosesə başlamaq, dekabrın 14-də isə səsvermənin keçirilməsi imkanlarını müzakirə edirlər.
Bundan əvvəl deputatlar müvafiq məsələyə səs veriblər, lakin kvorum olmadığı üçün ölkə prezidentinin impiçmenti elan olunmayıb. Səsvermədə 195 nəfər iştirak edib. İmpiçment üçün 300 deputatdan 200-nün dəstəyi lazım idi.