İDDİA: Ukrayna Suriyada Müxalifət Ordusunu dəstəkləyir


İranın xarici işlər naziri Abbas Arakçi bu yaxınlarda Ukraynanı Suriyada müxalifəti dəstəkləməkdə ittiham edib və bu dəstəyi dərhal dayandırması ilə bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, oxşar iddia ilə "New York Times" da çıxış edib.

Suriya Fövqəladə Hallar Qrupuna zəng edən ABŞ təşkilatının rəhbəri Muaz Mustafa Ukraynanın HTŞ-yə yardım etdiyini və bunun tamamilə təbii olduğunu bildirib. Digər tərəfdən, Ukrayna mətbuatında yer alan iddialara görə, Ukrayna Ordusundan pilotsuz təyyarələrdən istifadə təcrübəsi qazanan mütəxəssislər, dron texnologiyası ilə bağlı biliklərini HTS-ə ötürmək üçün İdlibə gediblər.

Dəməşq və Moskva daha əvvəl Ukrayna Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanovu HTŞ-ni dəstəkləməkdə ittiham etmişdilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ