Bu dəfə Rusiya prezidenti Vladimir Putin Belarus vasitəsilə qorxutdu.
Turkustan.az xəbər verir ki, Minsklə təhlükəsizlik sazişi imzalayan Moskva Belarusa nüvə silahı və hipersəs raketləri yerləşdirəcək.
Putin Belarusda prezident Aleksandr Lukaşenko ilə görüşüb.
Qarşılıqlı təhlükəsizlik təminatlarını ehtiva edən sazişə əsasən, Rusiya Belarus ərazisində istənilən qüvvəni, o cümlədən taktiki nüvə silahını yerləşdirə biləcək. Putin bildirib ki, bu tələb Belarus lideri Lukaşenkodan gəlib.
Belarus ərazisində yerləşdiriləcək silahlar arasında Rusiyanın sınaqlarını davam etdirdiyi orta mənzilli hipersəs oreşnik raketləri də var. Raketlərin 2025-ci ilin ortalarında həm Rusiyada, həm də Belarusda yerləşdiriləcəyi də əldə edilən məlumatlar arasındadır.
Aytən Yaşar/ Turkustan.az