ABŞ-da "TİK-TOK" qadağan edilir? - MƏHKƏMƏ QƏRARI


ABŞ-ın federal məhkəməsi mart ayında Çin sosial media platforması TikTok-un ABŞ istifadəçilərinin məlumatlarını topladığı səbəbiylə qadağan edən qanunun yolunu açdı.

Turkustan.az xəbər verir ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi TikTok -un qanuna qarşı iddiasında qərar verib. Üç hakimdən ibarət Apellyasiya Məhkəməsi heyəti TikTok-un Çin ana şirkətindən məşhur sosial media tətbiqini satmasını və ya girişin qadağan edilməsini və bloklanmasını tələb edən qanunun lehinə səs verib.

Məhkəmə heyəti TikTok qadağasının Amerika Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ- ın “açıq internet” siyasətinə zidd olduğu iddiasına qarşı çıxıb.

Qərarda TikTok-un 19 yanvar 2025-ci il tarixinə kimi ləğv edilməsi lazım olduğu bildirilib, əks halda ABŞ-da istifadə edilə bilməyəcəyi də qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ