"Biz İraqı Suriyadakı müharibədən kənarda saxlamaq istəyirik" - İraq XİN


Suriyadakı prosesləri yaxından izlədiklərini deyən İraqın xarici işlər naziri Fuad Hüseyn İraqı Suriyadakı müharibədən kənarda saxlamaq istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Hüseyn Bağdadda İranın xarici işlər naziri Abbas Erakçi və Suriyanın xarici işlər naziri Bassam Debbağ ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Suriyadakı vəziyyəti yaxından izlədiklərini bildirən Hüseyn, Suriyanın təhlükəsizliyi və sabitliyinin İraq və bölgənin təhlükəsizliyi və sabitliyi ilə əlaqəli olduğunu vurğuladı.

Nazir: "İraqın sərhədi bütün qüvvələrimizlə qorunur. Biz İraqı müharibədən və hücumlardan uzaq tutmaq istəyirik. Bəzi ölkələrə Suriyadakı hadisələri müzakirə etmək üçün Bağdadda toplantı keçirməyi təklif etməyə hazırlaşırıq. Region ölkələrinin nümayəndələri ilə diplomatik danışıqları davam etdirəcəyik" - deyə, bildirdi. O, həmçinin Suriyada məcburi köçkünlərə humanitar yardım edəcəklərini də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ