Ukrayna müharibəsi bu ölkənin ucbatından başlayıb: Orbandan qalmaqallı iddia


Birləşmiş Ştatlar Ukrayna münaqişəsində mühüm rol oynayır, lakin bu situasiya Ağ Evə Donald Trampın qayıdışı ilə dəyişəcək.

Turkustan.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossut” radiostansiyasının səhər proqramında bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna münaqişəsinin başlanmasında ABŞ günahkardır və Amerikanın köməyi olmadan Ukrayna müqavimət göstərə bilməzdi.

"Amerika olmasaydı, bu müharibə baş verməzdi və bu münaqişə Amerikanın iştirakı olmadan çoxdan bitərdi", - Macarıstan hökumətinin başçısı bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyaya hücum etdiyini və Ukraynanın əli ilə Moskvaya qarşı müharibə apardığını bildirmişdi./publika.az


MANŞET XƏBƏRLƏRİ