Ruslar Donbassda dörd yaşayış məntəqəsini işğal ediblər – “DeepState”


Rusiya Silahlı Qüvvələri Kuraxovski istiqamətində - Starye Ternı, İlyinka, Novodmitrovka yaşayış məntəqələrini işğal edib.

Turkustan.az xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.

Məlumata görə, rus ordusu həmçininDonetsk vilayətinin bir neçə yaşayış məntəqəsi istiqamətində - xüsusilə, Kuraxovonun özündə, eləcə də Romanovkada və Uspenovka yaxınlığında irəliləyişə nail olub.

Qeyd olunub ki, rus ordusu hər zəbt olunmuş kilometrə görə 53 əsgərini itirib. Ümumilikdə, noyabrda ruslar rekord sayda - 45 690 itki verib. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ