Suriyada rejim əleyhdarları bu dəfə Rasteni ələ keçirdi


Suriyada Həma əyalətində hökmranlıq edən rejim əleyhdarı qüvvələr irəliləməyə davam edərək, paytaxt Dəməşqə açılan strateji əhəmiyyətli Homs vilayətinin Rasten rayonunu ələ keçirib.

Turkustan.az xəbər verir ki, Suriyada rejim əleyhdarı qruplar paytaxt Dəməşqə açılan strateji əhəmiyyətli Homs vilayətinin Rasten və Telbise rayonlarını ələ keçirib.

Noyabrın 27-dən Suriya rejim qüvvələri ilə qarşıdurmada olan və Həma şəhər mərkəzinə nəzarəti ələ keçirən Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi rejim əleyhinə qruplar Homs vilayətində irəliləyir.

Səhər saatlarında Homs vilayətinin qapısı olan Rasten və Telbise rayonları rejim əleyhinə qruplar tərəfindən ələ keçirilib.

Rasten və Telbise Hələb-Hama-Homs birləşdirən və Dəməşqə qədər uzanan M5 magistral yolunda yerləşir.

Şimaldakı Ter Maela kəndini və Darul Kebire qəsəbəsini ələ keçirən rejim əleyhdarı qruplar irəliləməyə davam edərək, Homsun şimalında ətrafa 3 kilometr yaxınlaşıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ