Tramp kriptovalyutaya cavabdeh olacaq şəxsin adını açıqladı


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibkar və sərmayədar Devid Saksın “Ağ Evin Süni İntellekt və Kripto çarı” kimi xidmət edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün sosial media platforması olan "Truth Social"-dakı paylaşımında Saksın bu rolda ABŞ-ın rəqabət qabiliyyətinin gələcəyi üçün kritik olan süni intellekt və kriptovalyuta sahələrində administrasiyanın siyasətlərinə rəhbərlik edəcəyini bildirib.

Saksın diqqətini Amerikanı hər iki sahədə açıq şəkildə qlobal lider etməyə yönəldəcəyini vurğulayan Tramp, internetdə ifadə azadlığını qoruyacağını və “böyük texnologiya” senzurasından uzaqlaşacağını bildirib.

Tramp, "Saks kripto sənayesinin istədiyi aydınlığa sahib olması və ABŞ-da inkişaf edə bilməsi üçün qanuni bir çərçivə üzərində işləyəcək" - dedi.

Saksın Prezident yanında Elm və Texnologiya Məsləhətçiləri Şurasına da rəhbərlik edəcəyini açıqlayan Tramp, Saksın 25 ildir Silikon Vadisində "ən məşhur şirkətlərdən bəzilərini quran və onlara sərmayə qoyan yüksək müvəffəqiyyətli bir sahibkar və investor" olduğuna diqqət çəkdi.

Aytən Yaşar/ turkustan.az


MANŞET XƏBƏRLƏRİ