Xüsusilə, Ukrayna torpaqlarında Qərbin hərbi bazaları olmamalıdır, Rusiya XİN rəhbəri bildirib.
Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Ukraynadakı münaqişə yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, ölkədəki Qərb hərbi bazalarının bağlanması və xarici hərbçilərin iştirak etdiyi təlimlərin ləğvi ilə sülh yolu ilə həll oluna bilər.
“Ukrayna ərazisində xarici qoşunların iştirakı ilə heç bir hərbi baza, hərbi təlimlər olmayacaq”, - deyən Lavrov, indi biz yeni reallıqları qəbul etməli olacağımızı, bunlardan əsasının Donetsk və Luqansk respublikalarının Rusiyaya daxil edilməsi olduğunu qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Rusiyanın mövqeyi aydındır: “onun qapısında” NATO olmamalıdır. O, rusların hüquqlarının bərpasını da xatırladıb.
Lavrov Rusiya prezidenti Vladimir Putinin xüsusi hərbi əməliyyatın məqsədi barədə danışdığını vurğulayıb. “Bu, ədalətli və BMT Nizamnaməsinə tam uyğundur, ilk növbədə dil və dini hüquqlar. Bu, ATƏT-in prinsiplərinə tam uyğundur”.
Aytən Yaşar/ Turkustan.az