ABŞ prezidenti Co Bayden administrasiyasının həyata keçirdiyi çevik immiqrasiya siyasəti Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsi ilə siyasi böhrana səbəb olub.
Turkustan.az xəbər verir ki, Donald Trampın deportasiya etmək istədiyi mühacirlərin qəbulu ilə bağlı açıq mövqe sərgiləyən Meksika prezidenti Klaudiya Şeynbaum, yalnız öz vətəndaşlarını qəbul edəcəklərini bildirib.
Mühacir əleyhinə siyasətləri ilə tanınan Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra Meksika ilə ABŞ arasında immiqrasiya problemi yaranıb. 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Trampın immiqrantları Meksikaya deportasiya edəcəyi gözlənilir.
Məsələ ilə bağlı açıqlama verən Meksika prezidenti Claudia Sheinbaum deportasiya ediləcək immiqrantlar arasında yalnız Meksika vətəndaşlığı olanları qəbul edəcəklərini bildirib.
Son illərdə mühacirlərlə bağlı ABŞ ilə yaxşı əməkdaşlıq edən Meksika, Tramp administrasiyası çox yüksək sayda immiqrantı deportasiya etsə, onların hamısını qəbul edə bilməyəcəklərini və yalnız meksikalıları qəbul edə biləcəklərini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az