Pentaqon: Suriyadakı vəziyyəti diqqətlə izləyirik


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriya rejim qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurmalarla bağlı hadisələri yaxından izləməyə davam etdiklərini və ABŞ-ın qarşıdurmalara qarışmadığını bir daha vurğuladı.

Turkustan.az xəbər verir ki, Pentaqonun sözçüsü general-mayor Patrik Rayder gündəlik mətbuat konfransında danışıb. Anadolu Agentliyinin Suriyada rejim əleyhinə qüvvələrin davam edən irəliləməsi qarşısında ABŞ-ın mövqeyi ilə bağlı sualını cavablandıran Rayder, "Biz vəziyyəti mütləq yaxından izləyirik. Yenə deyirəm, ABŞ hazırda Suriyanın şimal-qərbində baş verənləri izləyir"- deyə, bildirdi.

Rayder Suriyadakı hadisələrin "sabitliyi pozan təsirindən xəbərdar olduqlarını" ifadə edərək, bütün tərəflərə gərginliyi azaltmaq və bölgədəki azlıq qruplarını qorumaq çağırışını təkrarlayıb.

ABŞ qüvvələrinin Suriyada QSD adını istifadə edən PKK/YPG-yə dəstək olub-olmaması ilə bağlı suala Ryder, “ABŞ qüvvələrinin SDQ ilə hərbi manevrlərə qatılıb-qatılmadığını soruşursunuzsa, xeyr”- deyə, cavab verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ