Rusiya Federasiyası “Oreşnik”dən sonra lazımi nəticələr çıxarmasa, Qərbə əlavə “mesajlar” göndərməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Rusiyalı nazir qeyd edib ki, “Oreşnik”in buraxılışında mesaj ondan ibarət idi ki, ABŞ və onun Ukraynanı uzaqmənzilli silahlarla təchiz edən müttəfiqləri başa düşməlidirlər ki, Moskva Qərbin “strateji məğlubiyyətə” nail olmasının qarşısını almaq üçün istənilən vasitədən istifadə etməyə hazır olacaq.
"Bu hipersəs sistemi real şəraitdə sınaqdan keçirməklə çatdırmaq istədiyimiz mesaj odur ki, qanuni maraqlarımızı qorumaq üçün hər şeyi etməyə hazır olacağıq", - Lavrov deyib.
Nazirin sözlərinə görə, Rusiya Federasiyası anlaşılmazlıqların qarşısını almaq istəyir.
“Lakin London və Brüsseldəki bəzi şəxslər vəziyyəti düzgün qiymətləndirmədiyinə görə, onlar lazımi nəticələr çıxarmasalar, biz əlavə “mesajlar” göndərməyə hazırıq”, - Rusiya XİN rəhbəri əlavə edib.
Eyni zamanda, rusiyalı nazirin qeyd etdiyi kimi, ABŞ-ın məhdud nüvə zərbələri mübadiləsinin mümkünlüyü ilə bağlı təhdidləri narahatlıq doğurur.
Onun sözlərinə görə, Rusiya Pentaqonda və digər təşkilatlarda, o cümlədən NATO-da bəzi rəsmilərin blokun müdafiə ittifaqı olduğunu deməyə başladığından xəbərdardır, lakin bəzən birinci zərbə vurmaq olar, çünki ən yaxşı müdafiə hücumdur.
Lavrov həmçinin xatırladıb ki, ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının nümayəndəsi, kontr-admiral Tomas Byukenen məhdud nüvə zərbələri mübadiləsinin mümkünlüyünü etiraf etdiyini bildirib./publika.az