Suriya ordusu müxalifətin qarşısını almaq üçün körpünü vurdu


Hələbdən sonra müxalifət Həma şəhərini ələ keçirərək daha cənubda yerləşən Homs şəhərinə doğru istiqamət götürüb.

Turkustan.az xəbər verir ki, Suriya ordusunun həyata keçirdiyi hava hücumunda Homs şəhərinin marşrutu üzərində yerləşən Resten şossesi körpüsü yararsız hala düşüb.

Suriyanın Homs və Həma əyalətlərini birləşdirən Resten magistral körpüsünə naməlum təyyarələr tərəfindən hava hücumu həyata keçirilib.

Sahə mənbələrindən əldə edilən məlumata görə, Homsda yerləşən və şəhəri Həma və şimaldakı bölgələrlə birləşdirən Resten magistral körpüsü naməlum təyyarələr tərəfindən bombalanıb.

Sözügedən körpü iki əyaləti quru yolu ilə birləşdirən ən mühüm keçid məntəqələrindən biri kimi tanınır.

Bildirək ki, dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan azad edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ