Hakimiyyət komandası növbəti seçkilərdə hökumətin siyahısına baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın başçılıq edəcəyindən danışır.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında bildirilib.
Anna Akopyanın son vaxtlar hiperaktivliyinin səbəbi da bununla əlaqələndirilir.
O, nəinki yerli və beynəlxalq qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadığından dövlətin kadr siyasətini özü həll edir.
Hakim “Mülki müqavilə” partiyası üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri Anna Akopyanın ssenarisinə uyğun aparılıb. İddialara görə, Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından yüksəkdir.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. /Modern.az/